AZERIJOBMAN LLC, Azərbaycan üzrə neft-qaz sektoru, tikinti sahəsi və iri sənaye layihələrinin tələblərinə uyğun yüksək keyfiyyətli sənaye məhsullarının geniş çeşidini təqdim edir. Dünyanın aparıcı istehsalçılarının rəsmi distribyutoru olaraq, yüksək performans və davamlılıq üçün hazırlanmış etibarlı, sertifikatlı və effektiv həllər təklif edirik.
MƏHSUL VƏ XİDMƏTLƏR PORTFELİMİZƏ DAXİLDİR
Aşındırıcı materiallarKəsmə, yonma, cilalama diskləri, zımpara materialları və səth hazırlama həlləri. Elektriklə işləyən əl alətləriPeşəkar drel, “bolqarqa”, mişar, zımpara və digər dünya markalarının elektrik alətləri. Sənaye alətləri və avadanlıqlarıMexaniki alətlər, təhlükəsizlik vasitələri, istehlak materialları və sənaye üçün xüsusi aksesuarlar. Bundan əlavə: ağır sənaye avadanlıqlarının qısa və uzunmüddətli icarəsi — forkliftlər, kompressorlar, generatorlar, nasoslar və digər istehsalat texnikası. Kimyəvi məhsullarSənaye təmizləyiciləri, yağdan təmizləyicilər, qoruyucu örtüklər, sürtkülər, inhibitorlar və texniki kimyəvilər. Neft-qaz, tikinti və ağır sənaye üçün uyğun. Bütün məhsullar beynəlxalq standartlara uyğundur. Fərdi həllərLayihələr üçün xüsusi təchizat paketləri, texniki dəstək və mütəxəssis seçimi. AZERIJOBMAN LLC — sənaye üçün materiallar, alətlər, kimyəvi məhsullar və avadanlıqlar üzrə etibarlı tərəfdaş. Sürətli çatdırılma, stabil keyfiyyət və davamlı dəstək.
1. Pnevmo-avtomatika Sistemləri – Məhsullar Şirkətimiz müxtəlif sənaye sahələri üçün pnevmo-avtomatika sistemlərinin geniş çeşiddə avadanlıqlarını təqdim edir. 2. Pnevmo-avtomatika Sistemləri – Yoxlama və Servis Biz həmçinin pnevmo-avtomatika sistemlərinin texniki baxışını, servis xidmətini və ehtiyat hissələrinin təminatını həyata keçiririk.
Nasos Sistemləri – Satış və Servis DOMAK, Technopomp və digər markaların mərkəzdənqaçma (sentrifuqalı) nasoslarının satışı, quraşdırılması və istismara verilməsi üzrə rəsmi xidmət göstəririk. Bizim fəaliyyətimizə daxildir: Müştərilərin real tələbatlarının müəyyən edilməsi Texniki və kommersiya təkliflərinin hazırlanması Tenderlərdə iştirak Texniki parametrlərin razılaşdırılması Qiymət danışıqları Texniki dəstək Şef-montaj, işə salma və istismara təhvil verilməsi İstənilən mürəkkəblikdə nasos stansiyaları üçün idarəetmə panellərinin layihələndirilməsi, yığılması və montajı Nasosların və idarəetmə panellərinin quraşdırılması, sazlanması, zəmanətli və zəmanətdən sonrakı servis xidməti üçün servis qrupunun yaradılması və idarə olunması
Təklif Etdiyimiz Xidmətlər Su təchizatı, istilik, drenaj və yanğınsöndürmə sistemləri üçün nasosların hesablanması və seçimi Nasosların təchizatı və quraşdırılması Nasos avadanlıqları üzrə işə salma və sazlama xidmətləri Əvvəl quraşdırılmış nasos avadanlıqlarının diaqnostikası Müxtəlif mürəkkəblikdə texniki xidmət və təmir Konsol tipli nasoslarda mufta mərkəzləndirilməsi Nasos stansiyaları üçün elektron idarəetmə panellərinin layihələndirilməsi və yığılması Müştərinin tələblərinə uyğun olaraq mövcud avadanlıqların modernizasiyası